"Türk Hava Yolları" 61 reysi ləğv edib

Tarix: 30 Dec 2025 23:40

Türkiyədə hökm sürən güclü qar və əlverişsiz hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) 61 reysin ləğv edildiyini açıqlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, qurumdan verilən açıqlamada ölkənin əksər bölgələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 reysin qarşılıqlı olaraq ləğv edildiyi bildirilib.

Dəryanur Cəfərova

Xəbər Lenti