Avropa liderləri Zelenskinin ABŞ səfərinin nəticələrini müzakirə ediblər

Tarix: 31 Dec 2025 01:14

Avropa İttifaqı rəhbərliyi və aparıcı Avropa liderləri dekabrın 30-da videokonfrans formatında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı müzakirə aparıblar.

APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Müzakirələr ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşün nəticələri fonunda keçirilib.

Məlumata görə, Avropa tərəfi Kiyevin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumu ilə bağlı Moskvanın reaksiyasını da müzakirə edib. Qeyd olunur ki, Putin Donald Trampla telefon danışığında baş verənlərə görə Rusiyanın Ukrayna üzrə danışıqlardakı mövqeyinin yenidən nəzərdən keçiriləcəyini ABŞ liderinin diqqətinə çatdırıb.

Xəbər Lenti