Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 03:54
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran və Venesuelada yerləşən, pilotsuz uçuş aparatlarının (PUA) ticarəti ilə əlaqəli 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə qurumunun rəsmi saytında məlumat yayılıb.
Açıqlamada qeyd olunur ki, sanksiyalar İranın Venesuela ilə dron ticarətinə töhfə vermiş şəxslər və qurumları əhatə edir. Sanksiya siyahısına Venesuelanın Empresa Aeronautica Nacional şirkəti də daxil edilib.
Ümumilikdə, sanksiya siyahılarına İrandan beş fiziki və üç hüquqi şəxs, Venesueladan isə bir fiziki və bir hüquqi şəxs salınıb.