Peruda qatarların toqquşması nəticəsində maşinist ölüb, onlarla yaralı var

Tarix: 31 Dec 2025 04:56

Perunun əsas turistik məkanı olan Maçu-Pikçuya aparan dəmiryolunda iki qatarın toqquşması nəticəsində bir maşinist ölüb, təxminən 40 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.

Məlumata görə, qatarlar əsasən turist daşıyan "Inca Rail SA" və "PeruRail SA" şirkətlərinə məxsus olub. Səhiyyə rəsmisi yaralılardan təxminən 20 nəfərin vəziyyətinin nisbətən ağır olduğunu bildirib.

Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır.

Xəbər Lenti