Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 06:21
İsrailin Baş naziri Beniyamin Netanyahu bildirib ki, İsrail və ABŞ Avraam sazişlərinin Yaxın Şərqdə və ondan kənarda genişləndirilməsini real və əldəolunan məqsəd hesab edir.
APA xəbər verir ki, o, bu barədə Newsmax telekanalına müsahibəsində danışıb. “Biz Avraam sazişlərinin Yaxın Şərqdə və ondan kənarda, o cümlədən böyük müsəlman ölkələrini əhatə edəcək şəkildə genişləndirilməsini hədəfləyirik. Bunun mümkün olduğuna inanırıq”, – deyə Netanyahu vurğulayıb.
İsrail hökumətinin başçısı əlavə edib ki, Yaxın Şərq hazırda ciddi dəyişikliklər mərhələsindən keçir və bu proses sülh üçün yeni imkanlar yaradır.