Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 31 Dec 2025 05:47
Rumıniya hökuməti PURL proqramı çərçivəsində Ukrayna üçün silahların alınmasına €50 milyon ayıracaq. APA xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in rəsmi saytında dərc olunan açıqlamada qeyd edilir ki, PURL proqramına vəsait ayrılması 2025-ci il üçün müəyyən edilmiş büdcə limitləri çərçivəsində həyata keçiriləcək.
Mənbə: apa.az