Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 05:19
İsrailin Baş naziri Beniyamin Netanyahu Qəzza zolağında gələn il yeni hökumətin formalaşdırılmasının yalnız HAMAS-ın tərksilah edilməsi şərti ilə mümkün olduğunu bildirib.
APA xəbər verir ki, o, bu fikri Fox News telekanalına müsahibəsində səsləndirib.
“Qəzzada yeni hökumət HAMAS tərksilah edilərsə mümkündür”, – deyə Netanyahu qeyd edib.
Baş nazirin sözlərinə görə, HAMAS-ın silahlı potensialı qaldığı müddətdə Qəzza anklavında hər hansı “potensial yeni hökumət” fəaliyyətə başlaya bilməz.