Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 09:33
Türkiyədə 2025-ci ildə 53 262 zəlzələ olub.
APA NTV telekanalına istinadən xəbər verir ki, bu, 2023-cü ildən sonra Türkiyədə ən çox yeraltı təkan qeydə alınan il olub.
Bu il maqnitudası 4-dən yüksək 437 zəlzələ olub. Türkiyədə orta hesabla hər gün maqnitudası 4-dən böyük bir zəlzələ, 15 gündə maqnitudası 5-dən böyük, 73 gündə maqnitudası 6-dan böyük bir zəlzələ baş verib.
Başqa sözlə, Türkiyədə orta hesabla saatda 6, gündə isə 146 zəlzələ qeydə alınıb.
Bu il Türkiyədə zəlzələ ilə əlaqədar 3 nəfər ölüb, 594 nəfər yaralanıb.
Türkiyə zəlzələ