Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 09:01
“Gelencik” hava limanında təyyarələrin qəbulu və buraxılışı ilə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
APA xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, “Gelencik” hava limanında hava gəmilərinin qəbulu və buraxılışı bərpa olunub. Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilirdi. “Gelencik” hava limanı müntəzəm reysləri yerli vaxtla saat 08:30-dan 20:00-dək qəbul edir.
Rusiya “Gelencik” hava limanı