Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 14:49
ABŞ-nin Kentukki ştatında yük qatarı relsdən çıxıb, yanğın olub, kükürd sızması baş verib.
APA-nın xəbərinə görə, bu barədə dəmir yolu operatoru “CSX Corporation” məlumat yayıb.
Məlumata görə, dekabrın 30-da səhər saatlarında Kentukkidə yük qatarının 31 vaqonu relsdən çıxıb. Qəza nəticəsində vaqonlardan birindən ərimiş kükürd sızması baş verib və yanğın olub.
Hadisə yerinə dərhal fövqəladə qəza xidməti cəlb olunub.
Kentukki ştatının Todd dairəsinin hakimiyyət orqanları yerli sakinlərə təhlükəsiz məsafəyə təxliyə olunmağı tövsiyə edib. Dairənin Fövqəladə Hallar üzrə İdarəsinin rəhbəri bildirib ki, hazırda əsas prioritet ətraf mühit üçün yarana biləcək risklərin minimuma endirilməsidir.
ABŞ yük qatarı qəza kükürd