Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 18:24
Bu il may ayında 87 saat davam edən müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub.
APA-nın “Geo.tv”-yə istinadən xəbər verir ki, bu gün Pakistan Milli Assambleyanın spikeri Ayaz Sadiq Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla Dəkkədə Banqladeşin ilk qadın baş naziri olmuş Begüm Xalidənin dəfn mərasimində bir-birinin əlini sıxıb.
Pakistan Milli Assambleyasının yaydığı məlumatda bildirilib ki, Cayşankar Sadiklə təkcə əl sıxmayıb, eyni zamanda özünü təqdim edərək spikeri tanıdığını bildirib.
Açıqlamada vurğulanır ki, bu qarşılıqlı təmas 2025-ci ilin mayında baş vermiş Pakistan–Hindistan münaqişəsindən sonra Hindistan tərəfindən təşəbbüs göstərilən ilk mühüm yüksək səviyyəli əlaqə olub.
Pakistan Milli Assambleyasının məlumatında qeyd edilir ki, İslamabad dialoqun və əməkdaşlığın, o cümlədən Pahalqamda iddia olunan təxribatla bağlı sülh danışıqları və birgə araşdırmaların aparılmasının vacibliyini ardıcıl şəkildə vurğulayaraq, gərginliyin qarşısının alınmasına çağırır.
Hindistan Pakistan