Türkiyədə qar uçqununa düşən 3 nəfərdən 1-nin cəsədi tapılıb - YENİLƏNİB

Tarix: 31 Dec 2025 19:25

Türkiyədə qar uçqununa düşən 3 çobandan 1-nin cəsədi tapılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, digər 2 çobanla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

***

saat 14.17

Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib. Yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb. Əldə olunan məlumatlara görə, sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

Dəryanur Cəfərova Türkiyə qar uçqunu

Xəbər Lenti