ABŞ Kamboca və Tailand arasında əldə olunan sülh razılaşmalarının icrasını dəstəkləməyə hazırdır

Tarix: 31 Dec 2025 23:14

Vaşinqton administrasiyası Pnompen və Banqkok arasında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib. APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, Tailandın 18 kambocalı hərbçini azad etməsi mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın bərpası baxımından müsbət addımdır. ABŞ, həmçinin 2025-ci il oktyabrın 26-da Kuala-Lumpurda imzalanmış birgə bəyannamədə nəzərdə tutulan əsas tədbirlərin icrası prosesində Kamboca və Tailand hökumətlərinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Xəbər Lenti