Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 00:34
"Türk Hava Yolları" (THY) əlverişsiz hava şəraiti səbəbindən THY və AJet-in 114 uçuşunu ləğv edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, 1 yanvar 2026-cı il tarixində THY ilə həyata keçirilməsi planlaşdırılan 50 reysin, AJet ilə isə 64 reysin ləğv edildiyini açıqlanıb.
Qurumun “X” sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib ki, reyslərin ləğv edilməsi Şərq və Cənub-Şərq bölgələrində davam edən əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Dəryanur Cəfərova