Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 03:57
ABŞ hakimiyyəti Venesela ilə bağlı sanksiya siyahılarına dörd şirkət və onlara aid dörd neft tankerini daxil edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Qeyd olunur ki, nazirlik Venesuelanın neft sektorunda fəaliyyət göstərdiklərinə görə dörd şirkətə qarşı sanksiya tətbiq edib və həmin şirkətlərlə əlaqəli dörd neft tankerini bloklanmış əmlak siyahısına salıb. Rəsmi məlumata görə, sözügedən şirkətlər və gəmilər Venesuela neftinin daşınması və satışı ilə əlaqəlidir.