Çərşənbə, 6 May, 2026
Tarix: 10 Jan 2024 19:05
Daşkəsəndə iki ikimərtəbəli evdə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Daşkəsən şəhər Nizami küçəsində iki qardaş -İslamzadə Orxan və Həsənov Xəqaniyə məxsus evlərdə olub.
Belə ki, ümumi sahəsi 265 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində iki otağın və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, sahəsi 260 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində iki otağın tavanı 30 m² sahədə və pəncərə çərçivələri qismən yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yunis Quliyev