Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 11:16
Rusiyada 2026-cı ilin ilk günündə Kaluqa vilayəti və Krasnodar diyarı hücuma məruz qalıb.
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Ehtimal olunur ki, dronların hədəfi müvafiq olaraq bu bölgələrdə yerləşən neft bazası və neft emalı zavodu olub.
Belə ki, Kaluqa vilayətinin Lyudinovo yaşayış məntəqəsində 31 dekabr axşam saatlarından yanğın başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, pilotsuz aparatın hücumundan sonra sənaye obyekti yanıb.
Ukraynada işğalın öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko dəqiqləşdirib ki, söhbət yerli neft bazasından gedir.
“RF-in Kaluqa vilayətinin Lyudinovo şəhərində Rosneftə məxsus neft bazası hücumdan sonra yanır”, – deyə o bildirib.
Bundan əlavə, yerli kanallar Krasnodar diyarında neft emalı zavodunda yanğın baş verdiyini xəbər veriblər.
Rusiya dron hücumu neft bazası neft emalı zavodu Kaluqa vilayəti Krasnodar diyarı Lyudinovo İlsk NQZ hərbi hadisələr müharibə xəbərləri 2026 gecə hücumu