Netanyahu 2026-cı ili Tramp ilə birlikdə qarşılayıb - FOTO

Tarix: 01 Jan 2026 14:18

İsrailin Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı Sara ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Floridanın Vest Palm Biç şəhərində yerləşən dəbdəbəli Mar-a-Laqo kurortunda keçirilən Yeni il gecəsi məclisində görüntüləniblər.

APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, Tramp həftənin əvvəlində Netanyahunun tədbirdə iştirak edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu həftə baş tutan danışıqlar Trampın bu il hakimiyyətə qayıdışından sonra ABŞ-da Netanyahu ilə keçirilən beşinci görüş olub.

Benyamin Netanyahu Donald Tramp Mar-a-Laqo Yeni il gecəsi ABŞ siyasəti İsrail Qəzza atəşkəsi Yaxın Şərq HAMAS Ağ Ev beynəlxalq münasibətlər

Xəbər Lenti