Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 20:41
Ukraynaya daha iki “Patriot” hava hücumundan müdafiə sistemi çatdırılıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Nazirlik qeyd edib ki, sistemlər Ukrayna şəhərlərini və ölkənin vacib infrastrukturunu qorumaq üçün istifadə olunacaq.
Ukrayna Müdafiə nazirinin sözlərinə görə, HHM sistemləri Almaniya hökuməti ilə razılaşmalar sayəsində əldə edilib.