İbrahim Kalın Rustem Umerovla əsir mübadiləsini müzakirə edib

Tarix: 01 Jan 2026 20:14

Türkiyə Kəşfiyyatının rəhbəri İbrahim Kalın Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüşdə Ukraynadakı vəziyyət, sülh planları və Rusiya–Ukrayna arasında əsir mübadiləsi məsələləri müzakirə edilib.

Görüşdə həmçinin mövcud əməkdaşlıq formatları çərçivəsində iki ölkə arasında sistemli işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Dəryanur Cəfərova

Xəbər Lenti