Tayvan Çinə qarşı müqavimət göstərəcəyini bəyan edib

Tarix: 01 Jan 2026 19:57

Tayvan prezidenti Lai Çin-de Yeni il münasibətilə etdiyi çıxışda ölkəsinin suverenliyini müdafiə edəcəyini bəyan edib.

APA xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.

Qeyd edək ki, bu həftə Pekin Tayvanın əsas adasını mühasirəyə almaq məqsədilə raketlər buraxıb, onlarla döyüş təyyarəsi, hərbi dəniz gəmisi və sahil mühafizə katerləri yerləşdirib. Rəsmi Taypey bunları “son dərəcə təxribatçı” adlandırıb.

Tayvan prezidenti Lai Çin-de televiziya ilə yayımlanan çıxışında bildirib ki, onun mövqeyi hər zaman aydın olub: milli suverenliyi qətiyyətlə qorumaq, milli müdafiəni və cəmiyyətin ümumi dayanıqlığını gücləndirmək, effektiv çəkindirmə imkanlarını hərtərəfli formalaşdırmaq və möhkəm demokratik müdafiə mexanizmləri qurmaq.

Tayvan Çin hərbi təlimlər suverenlik Asiya-Sakit okean regionu geopolitika Çin-Tayvan gərginliyi ABŞ regional təhlükəsizlik

Xəbər Lenti