Cümə, 2 Yanvar, 2026
Tarix: 01 Jan 2026 22:15
Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək məqsədilə 5 yanvar tarixində Qərb ölkələrinin və Ukraynanın Baş Qərargah rəislərinin görüşü keçiriləcək.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.
"Bu, Ukraynada dünyanın istənilən yerində ilk belə görüşdür. Avropa nümayəndələri və ABŞ komandasını onlayn gözləyirik. 15 ölkə, həmçinin Avropa strukturlarının və NATO-nun nümayəndələri bunu təsdiqləyib. Yanvarın 5-də hərbi görüş olacaq və Baş Qərargah rəisləri görüşəcək. Ən vacibi Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Siyasi baxımdan demək olar ki, hər şey hazırdır", - Zelenski yazıb.
O, həmçinin xatırladıb ki, 6 yanvar tarixində də "İstəklilər Koalisiyasının" liderləri səviyyəsində görüş keçiriləcək.