Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 04:32
Venesuela “Chevron” kimi ABŞ-ın neft sektoruna investisiya qoymasına hazırdır.
APA xəbər verir ki, bu barədə Prezident Nikolas Maduro məlumat verib.
"Əgər onların Venesuela neftinə ehtiyacı varsa, Venesuela “Chevron” kimi ABŞ-ın investisiya qoymasına hazırdır, istənilən vaxt, istənilən yerdə və istənilən şəkildə. ABŞ bilməlidir ki, əgər onlar hərtərəfli iqtisadi inkişaf müqavilələri istəyirlərsə, onları da bağlaya bilərlər", - Maduro deyib.
Qeyd edək ki, “Chevron” şirkətinin Venesueladan neft hasil etmək və ixrac etmək üçün ABŞ lisenziyası var və şirkət Latın Amerikası ölkəsində fəaliyyətini davam etdirir.