Peruda mədənçilərə hücum nəticəsində 3 nəfər ölüb, 7 nəfər itkin düşüb

Tarix: 02 Jan 2026 08:07

Cənubi Amerika ölkəsi olan Peruda Yeni il gecəsi mədənçilərə hücum olub.

APA xəbər verir ki, hadisənin La Libertad bölgəsinin şimal hissəsindəki bir şəhərdə baş verdiyini bildirilir.

Polisin verdiyi məlumata görə hücum nəticəsində qızıl mədəninin girişində 3 nəfər ölüb, 7 nəfər isə itkin düşüb.

Ölənlərin sayının artacağı gözlənilir. Peru hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, 2025-ci ilin may ayında eyni bölgədə baş verən hadisədə 13 mədənçi qanunsuz mədən fəaliyyətlərinə müdaxilə edərkən bir dəstə tərəfindən qaçırılaraq öldürülüb.

Xəbər Lenti