Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 16:28
ABŞ Prezidenti Donald Trampın səhhəti əla vəziyyətdədir.
APA xəbər verir ki, o bu barədə özünün “Truth Social” hesabında yazıb.
“Ağ Evin həkimləri indicə məruzə etdilər ki, səhhətim əladır. İndiyə qədər heç bir digər prezidentin, vitse-prezidentin keçmək istəmədiyi koqnitiv yoxlanışım mükəmməl keçib. Düşünürəm ki, prezidentliyə və ya vitse-prezidentliyə namizədlik irəli sürən istənilən insan bu güclü, mənalı və sübut olunmuş koqnitiv yoxlanışdan keçməlidir. Bizim böyük ölkəmiz axmaq və bacarıqsız insanlar tərəfindən idarə oluna bilməz”, - Tramp vurğulayıb.
Toğrul Quluzadə ABŞ Tramp sağlamlıq