Şənbə, 28 Mart, 2026
Tarix: 20 Nov 2023 16:12
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir.
APA xəbər verir ki, XİN-in inzibati binasında keçirilən brifinq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün təşkil olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edir.