Cəlilabadda ağır yol qəzası - Yaralılar var

Tarix: 12 Jan 2024 19:25

Cəlilabadda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəzada 1966-ci il təvəllüdlü Ə. Süleymanov, 1985-ci il təvəllüdlü A. Mənsimov, 2007-ci il təvəllüdlü D. Mənsimova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Xəbər Lenti