Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək ölüb - YENİLƏNİB

Tarix: 05 Jan 2026 16:33

Dünən saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 5 yanvar saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib", deyə məlumatda qeyd olunub.

Gülcahan Məmmədova

***

15.42

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub. Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Salyan 11 yaşlı uşaq iynədən şoka düşmək ölüm faktı

Xəbər Lenti