Çərşənbə, 7 Yanvar, 2026
Tarix: 05 Jan 2026 18:32
Salyanda yol qəzasında ölənlərin sayı üçə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü Tərlan İmanov orada ölüb.
Onun atası Vüqar İmanovun da qəzada hadisə yerində öldüyü bildirilir.
***
17.48
Salyanda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.
APA -nın yerli bürosunun xəbərinə görə, onlar Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədovdur.
Xəsarət alanların Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli və 2011-ci il təvəllüdlü Tərlan İmanov (qəzada ölən Vüqar İmanovun oğlu) olduğu bildirilir.
Salyan Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.
***
16.56
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Noxudlu kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
https://t.me/apa_az/111488
Əlibəy Zeynallı Salyan qəza yol ölüm faktı xəsarət




