Şənbə, 28 Mart, 2026
Tarix: 20 Nov 2023 20:45
Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.