Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 13 Jan 2024 23:17
Ermənistan ordusunun hərbi qulluqçusu ilə əlaqə kəsilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib: “Güclü qar və dumana baxmayaraq, başlanmış axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”.