Buz bağlayan yollar təmizlənir - Video - Yenilənib

Tarix: 13 Jan 2024 22:20

Bakıda bəzi yolları buz bağlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hazırda Yeni Yasamal yaşayış massivində yerləşən Əsəd Əhmədov və Xiyabani küçələrində, 9-cu mikrorayon ərazisində, Adil Məmmədov və Hüseyn Seyidzadə küçələrində yolların bir hissəsini qar örtüb.

Buna görə sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

***

Hazırda sözügedən yollar qardan təmizlənir.

Bakı şəhər mənzil kommunal təsərrüfatı departamentinin texnikası dərhal əraziyə cəlb edilib. 

Xəbər Lenti