Hacıqabulda zəncirvari qəzada 5 nəfər xəsarət alıb- FOTO

Tarix: 07 Jan 2026 10:39

Hacıqabulda zəncirvari qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobillə iki "KİA" markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Hacıqabul zəncirvari qəza xəsarət

Xəbər Lenti