Qusarda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var - YENİLƏNİB

Tarix: 07 Jan 2026 11:07

Bu gün saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxsin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər.

Qeyd edilib ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Gülcahan Məmmədova

***

10.34

Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.

APA xəbər verir ki, hadisə yanvarın 7-də gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər. R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Selcan Zaurqızı Qusar dəm qazı

Xəbər Lenti