Hacıqabulda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb- FOTO - VİDEO - YENİLƏNİB

Tarix: 07 Jan 2026 12:15

Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) yanvarın 7-i saat 09:40 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.

Günay Elşən

***

10:39

Hacıqabulda zəncirvari qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobillə iki "KİA" markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/111577

Əlibəy Zeynallı Hacıqabul zəncirvari qəza xəsarət

Xəbər Lenti