Yollar buz bağlayacaq!

Tarix: 14 Jan 2024 13:15

Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.

Xəbər Lenti