Qarlı havayla bağlı travma alan 22 nəfər xəstəxanaya yerləşdirilib

Tarix: 14 Jan 2024 16:43

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.

Xəbər Lenti