Salyanda yol-nəqliyyat hadisəsi 9 nəfərin xəsarət alması ilə nəticələnib - YENİLƏNİB

Tarix: 07 Jan 2026 23:32

Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.01.2026-cı il tarixində saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.

APA xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

22:20

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sərnişin mikroavtobusu "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 9 nəfər; mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oqtay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti