, 15 Ferval, 2026
Tarix: 08 Jan 2026 08:42
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
01:20
Füzuli rayonu ərazisində açıq ərazidə başlayan yanğın Azərbaycan-İran İslam Respublikası dövlət sərhədi ərazisinə yaxınlaşır.
APA-nın yerli müxbiri xəbər verir ki, yanğınla mübarizə üçün hadisə yerinə əlavə yanğınsöndürən briqadaları cəlb olunur.
Yanğın daha geniş əraziyə yayılmağa davam edir.
***
00:52
Füzuli və Cəbrayıl rayonları ərazisində açıq kolluq ərazilərdə güclü yanğın başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, kolluq ərazidə başlayan yanğın küləyin təsiri ilə geniş miqyasda yayılıb.
Yanğın yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb olunub. Alovun qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
https://t.me/apa_az/111619Elgün Gəncimsoy



