Məktəblilərə 5 gün tətil olacaq

Tarix: 15 Jan 2024 13:00

Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”ya verilən məlumata görə, məktəblərdə qış tətili yanvarın 27-dən başlayacaq.

Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.

Qeyd olunub ki, 1 fevral ikinci yarımilin ilk dərs günüdür.

Xəbər Lenti