Cümə, 9 Yanvar, 2026
Tarix: 09 Jan 2026 02:40
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Şimali Atlantika Alyansına üzv ölkələr arasında Rusiyanı real şəkildə narahat edən yalnız Amerikadır.
APA xəbər verir ki, Tramp bu fikirləri "The New York Times" qəzetinə müsahibəsində səsləndirib.
ABŞ prezidenti qeyd edib ki, digər NATO üzvlərini 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyini götürməyə məcbur edib. “İstəyirəm ki, onlar formaya düşsünlər. Hesab edirəm ki, Avropa ilə həmişə dil tapa biləcəyik, amma onların formaya düşməsini istəyirəm. Onları NATO üçün daha çox xərcləməyə məcbur edən mən oldum. NATO-ya baxsaq, deyə bilərəm ki, Rusiya bizdən başqa heç bir ölkədən narahat deyil”, - Ağ Ev rəhbəri vurğulayıb.