“Yanğınsöndürənlər hadisə yerinə 6 dəqiqə sonra çatıb”

Tarix: 15 Jan 2024 15:49

“Saat 11:54-də FHN-in “qaynar xətt”inə Binəqədi rayonunda mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub. 6 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıblar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev deyib. 

Qurum rəsmisi bildirib ki, 13 min kvadratmetr ərazinin 2750 kvadratmetrlik hissəsində yanğın olub: “Yanğın qısa müddətdə tam söndürülüb”.

Sail Ağasəlim

Xəbər Lenti