Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 08:14
Rusiya Silahlı Qüvvələri Ukraynanın qərb bölgələrinə raket zərbəsi endirib. APA Ukrayna KİV-ə istinadən xəbər verir ki, hücum zamanı “Oreşnik” tipli raketdən istifadə olunduğu ehtimal edilir. Ukraynanın bütün ərazisində orta mənzilli ballistik raketlərin tətbiqi təhlükəsi elan edilib.
Məlumata görə, Lvov vilayətində raketlərin düşməsi səsi episentrdən təxminən 70 kilometr məsafədə eşidilib, səmada güclü işıq saçması müşahidə olunub. İlkin ehtimallara əsasən, zərbənin hədəfi Strıy şəhərində yerləşən iri qaz anbarı ola bilər.
Hadisədən sonra regionun qaz kəmərlərində təzyiqi azalıb, istilik qazanxalarının söndüyü deyilir.
İlkin məlumatlara görə, “Oreşnik” raketində partlayıcı maddə olmadan kinetik döyüş başlığından istifadə edilib.