Çərşənbə, 6 May, 2026
Tarix: 15 Jan 2024 16:08
Lənkərana yağan güclü qar bir sıra fəsadlar törədib.
Lənkəran İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev APA-nın cənub bürosuna bildirib ki, Lənkərana belə qar 11-12 il bundan əvvəl yağıb: "Son illərdə belə intensiv qar olmyıb. Lənkəran şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komisiyası aidiyyəti idarələrin işçi qüvvələri ilə gücləndirilmiş iş rejiminə keçib və zəruru tədbirlərin görülməsi ilə məşğul olub. Belə ki, cəlb olunan texnikalarla şəhərin park və küçələri qardan təmizlənib və bu gün də bu işlər davam etdirilir. Yağan güclü qar rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Eyni ilə də rayonun rabitə sisteminə də ziyan dəyib. Elektirik naqilləri və telefon xətləri, ağac və beton dirəklər aşıb. Vətəndaşların 80 faizi işıqsız qalıb".
Qeyd olunub ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi şəhərin bütün ərazilərinə, eləcə də kəndlərə elektrik enerjisinin verilməsi planlaşdırılır.