Bakıda maşın piyadanı vurub

Tarix: 09 Jan 2026 09:16

Bakıda maşın 78 yaşlı qadını vurub.

APA xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, markası və dövlət qeydiyyat nişanı naməlum avtomobil Nizami rayonu, Q.Qarayev prospektində 1948-ci il təvəllüdlü Mahirə Bayramovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Emin Şirvanzadə piyada yol qəza

Xəbər Lenti