Rusiya Kiyevə hücum edib, 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb

Tarix: 09 Jan 2026 10:40

Rusiyanın ötən gecə Kiyevə hücumu nəticəsində 4 mülki şəxs həlak olub və 20 nəfərdən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat verib.

Sibiqa yaşayış məntəqələrinin, kritik infrastrukturun, enerji və su təminatı təsisatlarının hədəfə alındığını bildirib.

Ukrayna XİN rəhbəri Rusiyanın hücumlarına kəskin reaksiya verilməsini tələb edib və bu ölkəyə qarşı yeni sankisyaların tətbiq olunmasına çağırıb.

Toğrul Quluzadə Rusiya Ukrayna Kiyev

Xəbər Lenti