Sumqayıtda zavodda boru partlayıb, bir nəfər xəsarət alıb

Tarix: 09 Jan 2026 10:37

Sumqayıtda 32 yaşlı kişi zavodda yanıq xəsarəti alıb.

APA xəbər verir ki, hadisə yanvarın 9-da H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən “Karbomid” zavodunda baş verib.

1994-cü il təvəllüdlü Elməddin Qurbanov iş görərkən borunun partlaması nəticəsində termiki yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş E.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Selcan Zaurqızı Sumqayıt zavod xəsarət

Xəbər Lenti