Sumqayıtda zavodda boru partlayıb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 09 Jan 2026 10:46

Yanvarın 9-da saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Günay Elşən

***

10.37

Sumqayıtda 32 yaşlı kişi zavodda yanıq xəsarəti alıb.

APA xəbər verir ki, hadisə yanvarın 9-da H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən “Karbomid” zavodunda baş verib.

1994-cü il təvəllüdlü Elməddin Qurbanov iş görərkən borunun partlaması nəticəsində termiki yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş E.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Selcan Zaurqızı Sumqayıt zavod xəsarət

Xəbər Lenti