Çərşənbə, 6 May, 2026
Tarix: 15 Jan 2024 17:55
Binəqədi rayonunda baş vermiş partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya məlumat verilib.
Bildirilib ki, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.