Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 15:13
Rusiya ordusunun Ukraynanın enerji və mülki infrastrukturuna qarşı növbəti kütləvi hücumu nəticəsində Kiyev şəhəri və eyniadlı vilayətdə 500 mindən çox insan elektrik enerjisiz qalıb.
APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik bu gün keçirilən brifinqdə məlumat verib.
“Kütləvi hücum nəticəsində yarımstansiyalar, hava elektrik ötürücü xətləri və enerji istehsalı obyektləri ciddi zərər görüb. Hazırda bərpa işləri davam edir”, - o bildirib.
İlqar Xudiyev Ukrayna Rusiya hava zərbələri